Bakının iki prospektinin kəsişməsində hərəkətin təşkili dəyişib

Bakının iki prospektinin kəsişməsində hərəkətin təşkili dəyişib Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Ziya Bünyadov və Mustafa Kamal Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edib.
İnfrastruktur
1 Oktyabr , 2019 11:03
Bakının iki prospektinin kəsişməsində hərəkətin təşkili dəyişib

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Ziya Bünyadov və Mustafa Kamal Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edib.

Bu barədə “Report”a BNA-dan bildirilib.

Məlumata görə, dəyişikliklik nəticəsində artıq Z.Bünyadov prospekti kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) M.K.Atatürk prospekti ilə kəsişmədə yeni təşkil edilmiş yolayrıcları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər. 

"Yolayrıcında hərəkət svetoforlarla nizamlanır. Dəyişiklik bu prospektlərdə yaranan tıxac və sıxlıq hallarının aradan qalxmasına müsbət təsir edəcəyi, piyada təhlükəsizliyi təmin edəcəyi, sərnişindaşımalarda keyfiyyətin daha da yüksəldilməsinə kömək göstərəcəyi həmçinin, nəqliyyat vasitələrinin daha az məsafə qət etməsinə imkan yaradacağı gözlənilir", - məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi