Bakı. 12 may.REPORT.AZ/ Bakı Metropolitenində vahid gediş kartı sistemi üzərində aparılan hazırlıq işləri artıq yekunlaşıb. Şəhər avtomobil nəqliyyatında isə bu prosesə I Avropa Oyunlarından sonra mərhələli şəkildə başlanılacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini
Nazir müavini bildirib ki, bu sahədə müəyyən məsələlər, o cümlədən, proqram təminatı, prosessinq mərkəzi, texniki tələblər, vətəndaşlara kartların verilməsi, onların doldurulması məsələsi kimi işlər görülür.
"I Avropa Oyunlarından sonra ictimai nəqliyyatda vahid kart sisteminin tətbiqinə addım-addım başlanılacaq. Hazırkı kartlarında vəsait olan şəxslər onları istifadə edə biləcəklər, sonradan bu kartlar dəyişdiriləcək. Və yaxud, vətəndaş istədikdə bu kartı yenisi ilə əvəz edə bilər", - deyə M.Pənahov qeyd edib.