Yeni il gecəsi Bakının ətrafına hərəkət edən avtobuslar səhərə qədər işləyəcək

Yeni il gecəsi Bakının ətrafına hərəkət edən avtobuslar səhərə qədər işləyəcək Yeni il gecəsi Bakıdan Sumqayıt şəhərinə, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinə və Masazır qəsəbəsinə işləyən avtobuslar səhərə qədər hərəkətdə olacaqlar.
İnfrastruktur
30 Dekabr , 2019 17:26
Yeni il gecəsi Bakının ətrafına hərəkət edən avtobuslar səhərə qədər işləyəcək

Yeni il gecəsi Bakıdan Sumqayıt şəhərinə, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinə və Masazır qəsəbəsinə işləyən avtobuslar səhərə qədər hərəkətdə olacaqlar. 

“Report” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, dekabrın 31-i gecə 23:00-dan yanvarın 1-i səhər saat 06:00-a qədər 501, 502, 503, 592, 596, 533, 553, 525 saylı marşrut xətlərinin hər birinə aid 1 avtobus sərnişinlərə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi