Bakının əsas prospektlərində sıxlıq yaranıb

Bakının əsas prospektlərində sıxlıq yaranıb Avtomobillərin hərəkəti normal xarakter daşımır
İnfrastruktur
11 Yanvar , 2016 09:18
Bakının əsas prospektlərində sıxlıq yaranıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakı şəhərinin əsas prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Məlumata görə, hazırda Moskva prospekti (mərkəzə tərəf), Tbilisi prospekti (mərkəzə doğru), Ziya Bünyadov prospekti (20 Yanvar dairəsi istiqamətdə) və Nobel prospektində ("Nargilə" kafesinin qarşısından mərkəzə doğru) avtomobillərin hərəkətində sıxlıq müşahidə edilib.

Bundan başqa, paytaxtın Yusif Səfərov küçəsində (Neftçilər Xəstəxanasının qarşısı), Zərifə Əliyeva küçəsi, habelə Neftçilər prospektində (Kukla Teatrına doğru) nəqliyyat vasitələrinin hərəkətində intensivlik müşahidə edilmir.

Son xəbərlər

Orphus sistemi