Bakının Binəqədi qəsəbəsində 4 küçənin təmirinə başlanıb

Bakının Binəqədi qəsəbəsində 4 küçənin təmirinə başlanıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsində 4 küçənin təmirinə başlayıb.
İnfrastruktur
3 Avqust , 2022 09:58
Bakının Binəqədi qəsəbəsində 4 küçənin təmirinə başlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsində 4 küçənin təmirinə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, qəsəbə üzrə 5,5 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işlərinin qəsəbənin ümumi uzunluğu 2,4 km olan 4 küçəsində aparılmasına start verilib. Təmirinə başlanılan küçələr Əliheydər Qarayev, Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələridir. Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Agentlik ötən il Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edib.

Son xəbərlər

Orphus sistemi