Bakının Binə qəsəbəsinin mərkəzində işıqfor quraşdırılıb

Bakının Binə qəsəbəsinin mərkəzində işıqfor quraşdırılıb Nəqliyyat şəraitinin yaxşılaşdırılması və piyada təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Bakıda daha bir yol kəsişməsində işıqfor quraşdırılıb.
İnfrastruktur
24 İyun , 2020 10:54
Bakının Binə qəsəbəsinin mərkəzində işıqfor quraşdırılıb
Report

Nəqliyyat şəraitinin yaxşılaşdırılması və piyada təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Bakıda daha bir yol kəsişməsində işıqfor quraşdırılıb. 

 Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Məlumatda deyilir ki, vətəndaşların çoxsaylı müraciətləri əsasında Xəzər rayonunun Binə qəsəbəsinin mərkəzi hissəsi hesab olunan Əli İsazadə və Fuad Aynulov küçələrinin kəsişməsində monitorinqlər aparılıb. Kəsişmədəki eyni səviyyəli piyada keçidinin tənzimlənməməsinin nəqliyyat vasitələrinin hərəkətində gecikmələr yaratdığı və piyadaların həyatları üçün də böyük risk olduğu müəyyən edilib. 

Problemləri aradan qaldırmaq məqsədilə, sözügedən yol kəsişməsində işıqfor quraşdırılıb. İşıqfor dirəklərinə görmə məhdudiyyətli şəxslər üçün xüsusi səs qurğuları da qoyulub. Bununla da qeyd edilən ünvanda piyadaların təhlükəsizliyi və rahatlığı təmin edilib, nəqliyyat ləngimələri aradan qaldırılıb.

Son xəbərlər

Orphus sistemi