Bakının bəzi yollarında avtomobil sıxlığı yaranıb

Bakının bəzi yollarında avtomobil sıxlığı yaranıb NİİM: "İçərişəhər" metrosu yaxınlığında nizamsız dayanan avtomobillər nəqliyyatın hərəkətinə mane olur
İnfrastruktur
19 Fevral , 2015 14:07
Bakının bəzi yollarında avtomobil sıxlığı yaranıb

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Bakı şəhərinin bir sıra yol və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata əsasən, Mehdi Huseyn, Şeyx Şamil küçələri (“İçərişəhər” metrosu istiqamətində) “İçərişəhər” metrosu yaxınlığındakı 132-134 saylı məktəbin qarşısında nizamsız dayanan avtomobillər nəqliyyatın hərəkətinə mane olur.

Bununla yanaşı, Azadlıq prospekti (“28 May” metrosu istiqamətində), Şah İsmayıl Xətai prospektində də (Təhsil Nazirliyinin qarşısı) avtomobil çoxluğu səbəbindən nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Son xəbərlər

Orphus sistemi