Bakının Baş Planının əsas cizgiləri bu ilin sonuna qədər hazır olacaq

Bakının Baş Planının əsas cizgiləri bu ilin sonuna qədər hazır olacaq Bakı. 24 yanvar. REPORT.AZ/ Bakının Baş Planı ilə bağlı neçə ildir ki, təhlil aparırdıq. Ötən il Planın hazırlanması üzrə I mərhələni başa çatdırdıq.
İnfrastruktur
24 Yanvar , 2019 17:23
Bakının Baş Planının əsas cizgiləri bu ilin sonuna qədər hazır olacaq

Bakı. 24 yanvar. REPORT.AZ/ "Bakının Baş Planı ilə bağlı neçə ildir ki, təhlil aparırdıq. Ötən il Planın hazırlanması üzrə I mərhələni başa çatdırdıq". 

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib. 

"Hazırda Baş Planın hazırlanması üzrə II mərhələdəyik. Bununla bağlı ötən il dekabrın 14-də beynəlxalq tender elan etmişik. 10-dan artıq təşkilat tenderdə iştirak etmək üçün sənədlərini verib. Fevralın sonunda tender başa çatacaq. Qalib təşkilat seçildikdən sonra Baş Planın əsas cizgiləri üzərində iş başa çatdırılacaq. Planımızda var ki, bu ilin sonuna əsas cizgilər hazır olsun", - deyə o qeyd edib. 

Bundan başqa, D.Dövlətxanovun sözlərinə görə, Komitə Bakının inkişafını özündə ehtiva edilən konsepsiya da hazırlayıb. 

Son xəbərlər

Orphus sistemi