Bakıdan Rusiyanın Çelyabinsk şəhərinə təyyarə reysi açılıb

Bakıdan Rusiyanın Çelyabinsk şəhərinə təyyarə reysi açılıb Rusiyanın “İrAero” şirkəti Bakıdan Çelyabinsk şəhərinə birbaşa təyyarə reysi açıb.
İnfrastruktur
10 Aprel , 2019 16:24
Bakıdan Rusiyanın Çelyabinsk şəhərinə təyyarə reysi açılıb
0 : 00
0 : 00

Rusiyanın “İrAero” şirkəti Bakıdan Çelyabinsk şəhərinə birbaşa təyyarə reysi açıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Çelyabinsk hava limanının nümayəndəsi Vera Polkorıtova ilkin olaraq uçuşların iyunun 20-dək çərşənbə axşamı, sonra cümə axşamı günləri həyata keçirilməklə həftədə bir dəfə icra ediləcəyini deyib.

Çelyabinsk - Bakı istiqamətində ilk uçuşda 29 nəfər sərnişin iştirak edib. “Çelyabinsk Hava Müəssisəsi”nin kommersiya direktoru Dmitri Miasnikov tələbat artarsa, gələcəkdə reyslərin sayını artıracaqlarını istisna etməyib.

Son xəbərlər

Orphus sistemi