Bakıdan Pekinə uçuşlardakı fasilə uzadıldı

Bakıdan Pekinə uçuşlardakı fasilə uzadıldı “Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşları əvvəlcədən deyildiyi kimi martın 8-i deyil, 31-də bərpa edəcək.
İnfrastruktur
10 Fevral , 2020 17:02
Bakıdan Pekinə uçuşlardakı fasilə uzadıldı

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşları əvvəlcədən deyildiyi kimi martın 8-i deyil, 31-də bərpa edəcək. 

Bu barədə “Report”a AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Xatırladaq ki, AZAL Çinə uçuşları bu ilin yanvarın 27-dən dayandırıb və bunu sözügedən istiqamətdə tələbatın azalması ilə izah edib. Aviaşirkətin qərarı Çində koronavirusun yayılması ilə üst-üstə düşüb.

Qeyd edək ki, indiyə qədər koronavirus ucbatından 813 nəfər ölüb, 37 198 nəfər isə bu virusa yoluxmuş hesab olunur. Onlardan 6 188-nin vəziyyəti ağırdır. Ümumiyyətlə, virus Çin də daxil olmaqla 28 ölkədə aşkarlanıb. Çində yayılmış epidemiya ilə əlaqədar dünyanın bir sıra ölkələri ilə Çin arasında birbaşa aviareyslərin təşkili müvəqqəti təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi