Bakıdan Buxarestə birbaşa aviareys açılacaq

Bakıdan Buxarestə birbaşa aviareys açılacaq Rumıniyanın TAROM aviaşirkəti Azərbaycana uçuşlara başlamaq niyyətindədir
İnfrastruktur
24 May , 2018 11:26
Bakıdan Buxarestə birbaşa aviareys açılacaq

Bakı. 24 may. REPORT.AZ/ Rumıniyanın milli aviadaşıyıcısı - TAROM Buxarest-Bakı-Buxarest marşrutu üzrə uçuşlara başlamaq niyyətindədir.

Bu barədə "Report" Rumıniya mətbuatına istinadən xəbər verir. 

Məlumatda deyilir ki, aviaşirkət Bakı ilə yanaşı, Odessa (Ukrayna), Tbilisi (Gürcüstan) və Yerevana (Ermənistan) reyslər yerinə yetirməyi planlaşdırır. Bunun üçün TAROM "Airbus 318" markalı 2 yeni sərnişin təyyarəsi almaq istəyir. 

Uçuşlara bu ilin sonuna qədər başlanılması nəzərdə tutulur. Hazırda bununla bağlı danışıqlar gedir.

Son xəbərlər

Orphus sistemi