Bakıdan 6 istiqamətə marşrut xətlərinə dair müsabiqənin tarixləri açıqlanıb

Bakıdan 6 istiqamətə marşrut xətlərinə dair müsabiqənin tarixləri açıqlanıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində iyunun 2-də 6 istiqamət üzrə müsabiqəyə təqdim etdiyi “Bakı-Şa
İnfrastruktur
19 iyun 2023 07:40
Bakıdan 6 istiqamətə marşrut xətlərinə dair müsabiqənin tarixləri açıqlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iyunun 2-də 6 istiqamət üzrə müsabiqəyə təqdim etdiyi “Bakı-Şabran-Bakı”, “Bakı-Siyəzən-Bakı”, “Bakı-Göyçay-Bakı”, “Bakı-Oğuz-Bakı”, “Bakı-İsmayıllı-Bakı” və “Bakı-Cəlilabad-Bakı” şəhərlərarası müntəzəm avtobus marşrutlarının müvafiq reysləri üzrə müsabiqəni iyulun 18-19-da keçirəcək.

Bu barədə "Report"a AYNA-dan bildirilib.

Məlumata görə, iddiaçıların təklifləri “Bakı-Şabran-Bakı” və “Bakı-Cəlilabad-Bakı” istiqamətlərində 7 Lot üzrə iyulun 18-də, “Bakı-Siyəzən-Bakı”, “Bakı-Göyçay-Bakı”, “Bakı-Oğuz-Bakı” və “Bakı-İsmayıllı-Bakı” istiqamətində 6 Lot üzrə iyulun 19-da müsabiqə keçirilən zaman açıqlanacaq.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi