Bakıdakı taksi sürücülərinə xəbərdarlıq edilib

Bakıdakı taksi sürücülərinə xəbərdarlıq edilib Bütün sürücülər "Fərqlənmə nişanı" almalıdır
İnfrastruktur
12 Oktyabr , 2016 19:08
Bakıdakı taksi sürücülərinə xəbərdarlıq edilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) taksi sürücülərinə xəbərdarlıq edib. "Report"un məlumatına görə, xəbərdarlıqda bildirilir ki, "Fərqlənmə nişanı" almadan taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirən şəxslər barədə BNA, Daxili İşlər və Vergilər Nazirlikləri tərəfindən qanuni tədbirlər görüləcək.

"Fiziki və hüquqi şəxslər "Fərqlənmə nişanı" almaq üçün vergini istənilən bankda ödəyə bilər. Nişan BNA-nın tabeliyindəki "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin inzibati binasında təqdim edilir" - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi