Bakıdakı duman Gəncə reysini ləngidib

Bakıdakı duman Gəncə reysini ləngidib Bakı-Gəncə aviareysi yaxın dəqiqələrdə yola salınacaq
İnfrastruktur
17 Fevral , 2016 13:04
Bakıdakı duman Gəncə reysini ləngidib

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Bakı şəhərində səhər saatlarından müşahidə olunan dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınmasına ciddi təsir etməyib.

Bu barədə "Report"a paytaxt aeroportundan bildirilib.

Lakin əlavə edilib ki, Bakıdan Gəncəyə saat 09:55 radələrində uçmalı olan təyyarə dumanlı hava şəraitinə görə qrafik üzrə uça bilməyib. Qeyd edilən istiqamət üzrə ancaq indi sərnişinlər təyyarəyə minməyə başlayıblar. Yaxın dəqiqələrdə təyyarənin yola salınması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi