Bakının Ziya Bünyadov prospektinin Qara Qarayev prospekti istiqamətindəki hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, hazırda həmin istiqamətdə sıxlıq müşahidə olunur.

Xatırladaq ki, bu gecə paytaxtın 20 Yanvar dairəsində də yol qəzası qeydə alınıb. Qəza nəticəsində iki nəfər xəsarət alıb.