Bakıda yol hərəkətinin təşkilindəki qüsur aradan qaldırılıb

Bakıda yol hərəkətinin təşkilindəki qüsur aradan qaldırılıb Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir 
İnfrastruktur
578
26 Aprel , 2021 11:02
Bakıda  yol hərəkətinin təşkilindəki qüsur aradan qaldırılıb

Sosial şəbəkələrdə Bakının 20 Yanvar küçəsi ilə Asif Məhərəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsurun olması ilə bağlı məlumat yayılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qurumun aidiyyəti şöbəsinin nəzarətə götürdüyü problem qısa müddət ərzində aradan qaldırılıb. Ərazidə olan dekorativ kolluqlar parkın ərazisində 10 metr kənara köçürülərək yenidən əkilib.

Son xəbərlər

Orphus sistemi