Bakıda yerüstü piyada keçidinin sıradan çıxmış eskalatorları təmir edilir

Bakıda yerüstü piyada keçidinin sıradan çıxmış eskalatorları təmir edilir Bakının Azadlıq prospektinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidində eskalatorların sıradan çıxmış hissələrinin yenisi ilə əvəz edilməsi işlərinə start verilib.
İnfrastruktur
18 Mart , 2022 11:10
Bakıda yerüstü piyada keçidinin sıradan çıxmış eskalatorları təmir edilir

Bakının Azadlıq prospektinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidində eskalatorların sıradan çıxmış hissələrinin yenisi ilə əvəz edilməsi işlərinə start verilib.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

"Eskalatorların yenidən qurulması işləri bir-neçə gün ərzində davam etdiriləcək. Bu üzdən vətəndaşlardan aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Ən qısa zaman kəsiyində keçidin eskalatorlarının işlək vəziyyətə salınaraq vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur.

Eskalatorların işləməməsi ilə əlaqədar bir müddətdir piyada keçidində yaranmış və təmir müddətində yaranacaq narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi