Bakıda yanğın baş verən küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakıda yanğın baş verən küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb Bakı şəhəri Təbriz küçəsi ilə Koroğlu Rəhimov küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
İnfrastruktur
26 Yanvar , 2022 15:27
Bakıda yanğın baş verən küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakının Nərimanov rayonunun Təbriz və Koroğlu Rəhimov küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb həmin ərazidə yaşayış binasında baş verən yanğındır. Hadisə ilə əlaqədar 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların da hərəkət sxemi müvəqqəti dəyişdirilib. Sərnişin avtobusları hazırda ətrafdakı alternativ küçə və prospektlərdən keçməklə hərəkət edir.

Son xəbərlər

Orphus sistemi