Bakıda xüsusi düymə ilə idarə olunan yeni svetoforlar quraşdırılıb

Bakıda xüsusi düymə ilə idarə olunan yeni svetoforlar quraşdırılıb Vətəndaş rahatlığı nəzərə alınaraq daha iki ünvanda piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb
İnfrastruktur
29 Sentyabr , 2021 19:38
Bakıda xüsusi düymə ilə idarə olunan yeni svetoforlar quraşdırılıb

Vətəndaş rahatlığı nəzərə alınaraq daha iki ünvanda piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.

“Report”un Bakı Nəqliyyat Agentliyinə istinadən verdiyi məlumata görə, piyada təhlükəsizliyi və rahatlığının təmin edilməsinə hər zaman xüsusi həssaslıqla yanaşan Bakı Nəqliyyat Agentliyi tərəfindən “8 Noyabr” prospektində 4 hərəkət zolağından ibarət yolda yerləşən mövcud nizamlanmayan eyni səviyyəli piyada keçidinin yeri optimallaşdırılıb və xüsusi düymə ilə idarə olunan yeni svetofor obyektləri quraşdırılıb.

Bununla yanaşı Mərdəkan qəsəbəsi, Sergey Yesenin və Almas İldırım küçələrinin kəsişməsində mövcud eyni səviyyəli piyada keçidlərinin yerləri optimallaşdırılıb və sözügedən eyni səviyyəli piyada keçidlərinin önündə panduslar inşa olunub.

Son xəbərlər

Orphus sistemi