Bakıda torpaq bazarında qiymətlər manatla 6% artıb

Bakıda torpaq bazarında qiymətlər manatla 6% artıb Dollar ifadəsində isə orta qiymət 21% düşüb
İnfrastruktur
9 May , 2015 17:40
Bakıda torpaq bazarında qiymətlər manatla 6% artıb

Bakı. 9 may. REPORT.AZ/ Bu ilin mart ayında Bakı şəhərinin torpaq bazarında təklif portfeli artaraq 437 ədəd təşkil edib. Buna da torpaq bazarında aktivliyin artması səbəb olub, nəticədə qiymətlər manat ifadəsində nisbətən artıb. "Report"un verdiyi xəbərə görə, bu barədə “MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı hesabatda bildirilir.

"MBA Consulting Group" şirkətinin mütəxəssisləri tərəfindən torpaq bazarında apardığı müşahidələrin nəticəsinə görə, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) əvvəlki aya nisbətən 13% azalıb. Nəticədə, bazara çıxarılan 1 sot torpağın orta qiyməti manatla ifadədə 5,91% artaraq 15 708 AZN/sot səviyyəsindən yüksələrək 16 636 AZN/sot səviyyəsində qərarlaşıb. Fevralda baş verən devalvasiya nəticəsində dollarla ifadədə isə orta qiymət 1 sota görə 20,88% azalaraq 15 844 $/sot təşkil edib.

Bakı şəhərinin rayonları üzrə qiymət artımı daha çox Sabunçu, Suraxanı və Xətai rayonlarında qeydə alınıb və müvafiq olaraq 18%, 12% və 16% təşkil edib. Qiymət artımının son ayda şəhərin bütün rayonlarında hiss edilməsini, bu seqment üzrə olan təlabatın artması ilə əlaqələndirmək olar. Qiymətlərin və torpağa olan tələbin artmasına uyğun olaraq, təklif portfelinin həcmində martda artım müşahidə olunub.

Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, Montin qəsəbəsində (106 000 $/sot), ən ucuz torpaq sahəsi isə Suraxanı rayonunda, Hövsan qəsəbəsində (700 $/sot) qеydə alınıb.

Son xəbərlər

Orphus sistemi