​Bakıda torpağın orta qiyməti artıb

​Bakıda torpağın orta qiyməti artıb Noyabrda bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda olub
İnfrastruktur
30 Dekabr , 2014 15:12
​Bakıda torpağın orta qiyməti artıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Bakı şəhərində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,2% artaraq 19 058 dollar/sot səviyyəsindən 19 476 dollar/sot səviyyəsinə yüksəlib. "Report"un verdiyi xəbərə görə, bu barədə "MBA Ltd." qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabatda bildirilir.

Paytaxtın rayonları üzrə qiymət artması ən çox Nəsimi və Nərimanov rayonlarında qeydə alınıb və müvafiq olaraq 3,95% və 2,18% təşkil edib. 

"Ümumilikdə torpaq bazarında qiymət artımının olmasına baxmayaraq, Abşeron, Binəqədi və Xəzər rayonlarında qiymət azalması qeydə alınıb. Bunu mərkəzi rayonların, mərkəzdən kənar rayonlara nisbətən aktiv olması ilə izah etmək olmaz. Hazırda qeyri-mövsümi ayların olması ilə əlaqədar mərkəzdən kənar rayonlarda qiymət azalması qeydə alınıbsa, mərkəzdəki rayonlarda qiymətin qalxmasını boş torpaq sahələrinin qıtlığının yaranması ilə izah etmək olar. Ümumilikdə noyabr üçün torpaq bazarında ən aktiv rayonlar Binəqədi, Sabunçu və Suraxanı rayonları, ən passiv rayonlar isə Nəsimi və Səbail rayonları olub. Qiymətlərin və torpağa olan tələbin artmasına uyğun olaraq, təklif portfelinin həcmində son ayda artım müşahidə olunub", - hesabatda bildirilir.

Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nərimanov rayonu, Həsən Əliyev küçəsində (550 000 dollar/sot), ən ucuzu isə Abşeron rayonunda, Qobu qəsəbəsində (1 000 dollar/sot) qеydə alınıb.

Konsaltinq şirkətinin mütəxəssisləri tərəfindən torpaq bazarında aparılan müşahidələrin nəticəsinə əsasən, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) əvvəlki aya nisbətən 0.94% azalıb.

Son xəbərlər

Orphus sistemi