Bakıda tıxaca səbəb olan əsas yollar genişləndirildi

Bakıda tıxaca səbəb olan əsas yollar genişləndirildi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrliyində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə əsas yolun hərəkət hissəsi genişləndirərək zolaqların sayı 4-ə çatdırılıb.
İnfrastruktur
22 İyun , 2020 13:31
Bakıda tıxaca səbəb olan əsas yollar genişləndirildi

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrliyində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə əsas yolun hərəkət hissəsi genişləndirərək zolaqların sayı 4-ə çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevə Bakının Xətai rayonu, Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxacların aradan qaldırılması məqsədilə icra edilən bu layihə çərçivəsində “20 Yanvar” dairəsində yolun hərəkət hissəsi 10 metrə qədər, magistral yol Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissədə isə hər iki istiqamət üzrə 1 hərəkət zolağı enində genişləndirilib.

Qeyd edək ki, 2018-2019-cu illərdə Bakıda və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidi istifadəyə verilib. 2020-ci ilin əvvəlindən indiyədək paytaxtda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində və Neapol küçəsində yerüstü piyada keçidləri inşa olunub. Hazırda Azadlıq prospekti, Qala-Pirallahı, Mərdəkan-Buzovna, Bakı-Sumqayıt yollarında və digər ərazilərdə piyada keçidlərinin inşası yekunlaşmaq üzrədir. Bundan başqa, bir neçə yerdə isə bu cür qurğuların tikintisi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi