Bakıda qarlı hava səbəbindən avtobusların qrafikində gecikmələr yaranır

Bakıda qarlı hava səbəbindən avtobusların qrafikində gecikmələr yaranır Paytaxtda ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib
İnfrastruktur
103
8 Dekabr , 2016 11:54
Bakıda qarlı hava səbəbindən avtobusların qrafikində gecikmələr yaranır

Bakı. 8 dekabr. REPORT.AZ/ Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayevin "Report"a verdiyi məlumata görə, bu vəziyyət daha çox paytaxtın nisbətən yüksək ərazilərində, əsasən A.Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilir.

"Bununla bağlı həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda Bakı Nəqliyyat Agentliyi sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib", - deyə M.Ağayev qeyd edib.

Son xəbərlər

Orphus sistemi