Bakıda Qarabağ küçəsi əsaslı təmir edilib

Bakıda Qarabağ küçəsi əsaslı təmir edilib Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakının Nərimanov rayonunun Qarabağ küçəsi əsaslı şəkildə təmir edilib.
İnfrastruktur
11 Yanvar , 2022 12:35
Bakıda Qarabağ küçəsi əsaslı təmir edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Qarabağ küçəsini əsaslı şəkildə təmir edib.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, küçənin əsaslı şəkildə təmir olunmuş Gülarə Qədirbəyova və Əliağa Vahid küçələri arasında yerləşən hissəsinin uzunluğu 900 metrdir.

Genişləndirmə aparılmaqla icra olunan təmir işləri zamanı mövcud piyada səkiləri 3 650 kvadrat metr sahədə bərpa olunub, küçə boyu hər bir tərəfdə və yol ayrıcına 4 min p/m-dən artıq yeni səki daşı düzülüb.

Küçə boyu 12 min kvadrat metr sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 40 p/metr boru, 18 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 42 baxış qapağı yenisi ilə əvəz olunub.

Bundan başqa küçə boyu yol ayrıcında yerləşən yaşıllıq ərazi abadlaşdırılıb, vətəndaşların yaşıllıq ərazi ilə rahat və təhlükəsiz hərəkəti üçün 900 metr uzunluğunda xüsusi piyada zolağı salınıb.

Son mərhələdə isə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Ümumilikdə isə 2021-ci il ərzində Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmiri aparılıb.

Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

Son xəbərlər

Orphus sistemi