Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində piyada zolağının yolun bir tərəfində dekorativ kollara doğru çəkilməsini nəzarətə götürüb.
“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu gün səhər saatlarında agentliyin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi, həmçinin Bakı Nəqliyyat Agentliyinin məsul şəxsi ərazidə olaraq problemlə yerindəcə tanış olub və sözügedən qüsurun aradan qaldırılması üçün tapşırıq verilib. Atılacaq addımlar barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.






