Bakıda metroda texniki nasazlıq yaranıb, sərnişinlər qatardan boşaldılıb

Bakıda metroda texniki nasazlıq yaranıb, sərnişinlər qatardan boşaldılıb Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar “Elmlər Akademiyası” stansiyasında dayanmadan keçib.
İnfrastruktur
2 Yanvar , 2020 18:50
Bakıda metroda texniki nasazlıq yaranıb, sərnişinlər qatardan boşaldılıb

Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar “Elmlər Akademiyası” stansiyasında dayanmadan keçib.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatarda olan nasazlıq nəticəsində vaqonların qapıları açılmayıb və stansiya əməkdaşları səsgücləndirici vasitəsilə sərnişinləri nasazlıqla bağlı xəbərdar ediblər.

“Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən “İnşaatçılar” stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir.

“İnşaatçılar” stansiyasında dayanan qatarın sərnişinləri boşaldılıb.

Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a faktı təsdiq edib. Onun sözlərinə görə, nasazlıq aşkar edilən qatar depoya yola salınıb:

“Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Bütün bunlar isə qatarların hərəkət qrafikinə təsir etməyib”.

Son xəbərlər

Orphus sistemi