Bakıda metro stansiyalarında bayram tədbirləri olacaq

Bakıda metro stansiyalarında bayram tədbirləri olacaq Novruz bayramı münasibəti ilə martın 19-20-də “Bakı Metropoliteni” QSC-nin stansiyalarında bayram tədbirləri keçiriləcək.
İnfrastruktur
129
17 Mart , 2022 12:46
Bakıda metro stansiyalarında bayram tədbirləri olacaq

Novruz bayramı münasibəti ilə martın 19-20-də “Bakı Metropoliteni” QSC-nin stansiyalarında bayram tədbirləri keçiriləcək.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Məlumata görə, “İçərişəhər” (saat 10:30-12:30), “Sahil” (saat 11:30-13:00), “28 May” (saat 12:30-14:00) və “Elmlər Akademiyası” (saat 13:30-15:00) stansiyalarında konsert proqramları təşkil ediləcək.

Bundan başqa, azyaşlı sərnişinlər üçün kitabların müəllifi kimi də tanınan məşhur mədəniyyət siması Bəhram Bağırzadə “İçərişəhər”stansiyasında yeni nəşrlərini öz imzası ilə təqdim edəcək.

Bu iki gün ərzində Novruz personajlarının iştirakı ilə teatrallaşdırılmış səhnələr də nümayiş olunacaq. Bayramın əsatir qəhrəmanları Keçəl və Kosa Bahar qızının müşayiəti ilə sərnişinlərə unudulmaz əyləncəli anlar bəxş edəcəklər. Balaca sərnişinlərə Novruz hədiyyələri də təqdim olunacaq.

Bayram günlərinin davam etdiyi 19-22 mart tarixlərində "İçərişəhər" stansiyasının birinci baş yolunda sərnişinlər muzey eksponatı kimi nümayiş etdiriləcək retro vaqonlara tamaşa edə, salonlarda xatirə şəkilləri çəkdirə biləcəklər.

Son xəbərlər

Orphus sistemi