Bakıda istismar müddətini başa vurmuş kollektor yolda çöküntü yaradıb

Bakıda istismar müddətini başa vurmuş kollektor yolda çöküntü yaradıb Hadisə Bakının Nizami rayonunda - "Qara Qarayev" metro stansiyasının yaxınlığında baş verib
İnfrastruktur
9 Aprel , 2021 10:30
Bakıda istismar müddətini başa vurmuş kollektor yolda çöküntü yaradıb

Bakının Nizami rayonunda - "Qara Qarayev" metro stansiyasının yaxınlığında, Kamil Balakişiyev və Əlif Hacıyev küçəsinin kəsişməsində istismar müddətini başa vurmuş kollektor yolun çökməsinə səbəb olub.

Bunu “Report”a “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

"Bu ərazidən “Azərsu”yun 1 200 millimetrlik 8-ci km kollektoru keçir. SSRİ dövründə tikilmiş kollektorun borusunda çökmə olub, onun 10-12 metrlik hissəsinin dəyişdirilməsinə ehtiyac var. Quruma məsələ ilə bağlı məlumat daxil olan kimi ərazini təhlükəsizlik tədbirlərinin görülməsi üçün çəpərləmişik. “Bakı Sukanal” İdarəsi nin əməkdaşları həmin yerə cəlb edilib və artıq təmir işləri üçün hazırlıq görülür”, - o deyib.

Son xəbərlər

Orphus sistemi