​Bakıda işıqforların vaxtları dəyişdirilir

​Bakıda işıqforların vaxtları dəyişdirilir Bu, tədris ilində sıxlığın azaldılması məqsədilə həyata keçirilir
İnfrastruktur
24 Avqust , 2015 12:50
​Bakıda işıqforların vaxtları dəyişdirilir

Bakı. 24 avqust. REPORT.AZ/ Bakı şəhərinin yollarında sentyabr ayında yeni tədris ilinin başlaması günün pik saatlarında avtomobillərin sayının artacağını nəzərə alaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən işıqforların vaxt planlarında yenilənmə işləri aparır. Bunu "Report"a NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, ənənəvi olaraq, sentyabrın 15-dən dərslər başlayarkən Bakıda gur saatlarda yenidən avtomobillərin sayı artacaq və yolda hərəkəti asanlaşdırmaq və sıxlığın qarşısını almaq məqsədilə NİİM yaşıl dalğaların sayını artırır.

"Bu, əsasən təhsil ocaqları olan ərazilərdə həyata keçirilir, yəni universitetlər, texnikumlar və orta təhsil müəssisələri olan əraziləri əhatə edir. Təxminən bir küçədə 3-4 işıqforun ardıcıl olaraq yaşıl yanması, yəni həmin ərazidə avtomobillərin dayanmadan hərəkəti nəzərdə tutulur. Həmin ərazilərdə yaşıl dalğaların sayı xüsusilə artırılıb və bu proses davam edir. Düşünürük ki, bu, pik saatlarda dərsə gedən və dərsdən gələn vaxtlarda avtomobillərin sayının müəyyən qədər azalmasına, sıxlığın aradan qalxmasına təsir edəcək", - deyə Ş.Mehmanqızı qeyd edib.

Son xəbərlər

Orphus sistemi