Bakıda investisiya qoyuluşu 9% azalıb

Bakıda investisiya qoyuluşu 9% azalıb Bu ilin yanvar-sentyabr aylarında Bakının iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 291,6 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% az vəsait yönəldilib.
İnfrastruktur
31 Oktyabr , 2019 14:01
Bakıda investisiya qoyuluşu 9% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Bakının iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 291,6 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% az vəsait yönəldilib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. 

Əsas kapitala yönəldilmiş vəsaitlərin 48,7%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

9 ay ərzində tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 66,1%-ni tikinti, yenidənqurma və genişləndirmə, 6,9%-ni əsaslı təmir, 5,1%-ni cari təmir, 21,9%-ni isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 84,7%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Son xəbərlər

Orphus sistemi