Bakıda ilk dəfə qabarıq sahəyə malik piyada zolağı yaradılıb

Bakıda ilk dəfə qabarıq sahəyə malik piyada zolağı yaradılıb Bakıda ilk dəfə olaraq xüsusi qabarıq sahəyə malik piyada zolağı yaradılıb.
İnfrastruktur
821
18 Sentyabr , 2021 11:24
Bakıda ilk dəfə qabarıq sahəyə malik piyada zolağı yaradılıb

Bakıda ilk dəfə olaraq xüsusi qabarıq sahəyə malik piyada zolağı yaradılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, piyada zolağı Bakı Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsinin əsaslı şəkildə təmiri zamanı salınıb. 146 №-li tam orta məktəbin qarşısında yaradılan piyada zolağı təhlükəsiz keçidi təmin edəcək.

Qeyd edək ki, layihə çərçivəsində piyada zolağının ətrafında zəruri yol nişanları quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi