Bakıda iki prospektin kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq

Bakıda iki prospektin kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq Yanvarın 9-10-da Bakının Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaş
İnfrastruktur
553
8 Yanvar , 2021 16:49
Bakıda iki prospektin kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq

Yanvarın 9-10-da Bakının Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlamasında bildirilir.

“Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi