Bakıda iki müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib

Bakıda iki müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib Bakı Nəqliyyat Agentliyi (BNA) 38 və 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.
İnfrastruktur
18 Aprel , 2019 16:44
Bakıda iki müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib

Bakı Nəqliyyat Agentliyi (BNA) 38 və 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.

Bu barədə “Report”a BNA-dan bildirilib.

Məlumata görə, Nizami rayonu, Keşlə qəsəbəsi, Mirzə Ələkbər Sabir və Abdulla Mirzəyev küçələrinin kəsişməsində dəmir yol keçidində müxtəlif səviyyəli yol ötürücüsünün (tunel) inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti aprelin 18-i gecə saat 00:00-dan etibarən tam məhdudlaşdırılacaq.

Qeyd edilib ki, bu səbəbdən, qeyd edilən ərazidən keçən 38 və 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

“Dəyişikliyə əsasən, 38 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi A.Mirzəyev küçəsinə keçirilib. 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar isə Mirzə Ələkbər Sabir küçəsi ilə Puşkin küçəsinin kəsişməsindən geri dönərək müəyyən olunmuş sxem üzrə hərəkət edəcəklər. Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq”, - məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi