Bakıda iki marşrut xəttinin hərəkət trayektoriyası dəyişib

Bakıda iki marşrut xəttinin hərəkət trayektoriyası dəyişib Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakının Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı yol anidən hərəkət üçün dayandırılıb, bununla bağlı 6 və 8 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
İnfrastruktur
15 Dekabr , 2017 13:11
Bakıda iki marşrut xəttinin hərəkət trayektoriyası dəyişib
Report

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakının Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı yol anidən hərəkət üçün dayandırılıb, bununla bağlı 6 və 8 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

“Report" xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək “Azadlıq” metro stansiyasının dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslar müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edirlər.

Son xəbərlər

Orphus sistemi