Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Report" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Məhdudiyyət magistral xətlərdə aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.