Bakıda ekspres taksi xidməti təşkil edilə bilər - ƏLAVƏ OLUNUB

Bakıda ekspres taksi xidməti təşkil edilə bilər - ƏLAVƏ OLUNUB İlk xəbər saat 17:30-da verilib
İnfrastruktur
4 May , 2020 17:50
Bakıda ekspres taksi xidməti təşkil edilə bilər - ƏLAVƏ OLUNUB
0 : 00
0 : 00

İlk xəbər saat 17:30-da verilib

"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxtdakı ekspres marşrut xətləri üzrə hərəkət edən avtobusların işləyib-işləməməsi məsələsinə baxılacaq.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

"Ekspres avtobuslar günün pik saatlarında fəaliyyət göstərə bilər", - o qeyd edib.

Bundan başqa, V.Kərimli deyib ki, Bakıda ekspres taksi xidmətinin də təşkil edilməsi istisna deyil. 

***

BNA-nın rəhbəri həmçinin bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı paytaxtda sərnişin axını güclənsə də, insanların daşınmasında problem olmayacaq: "Artan tələbatı ödəməyə hazırıq. Hazırda təkcə ekspres marşrut xətləri üzrə 105 avtobus fəaliyyət göstərir, 15 avtobus isə ehtiyat üçün şəhərdə boş dayanır".

Son xəbərlər

Orphus sistemi