Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Müşavirəsinin sessiyası keçirilir

Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Müşavirəsinin sessiyası keçirilir Abid Şərifov: "Azərbaycan nəqliyyat sektorunun inkişafına 25 mlrd. dollar yatırıb"
İnfrastruktur
9 İyun , 2016 12:51
Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Müşavirəsinin sessiyası keçirilir
Report.az

Bakı. 9 iyun. REPORT. AZ/ Bu gün Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası keçirilir. 

"Report" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan baş nazirinin müavini Abid Şərifov hökumətin nəqliyyat sektorunun inkişafına və yol infrastrukturuna böyük diqqət yetirdiyini bildirib. 

"Azərbaycan müstəqillik əldə etdiyi dövrdən nəqliyyat sektorunun inkişafına 25 mlrd. dollar sərmayə yatırıb. 10 min km-lik avtomobil yolları salınıb, 5 hava limanı inşa edilib. Bundan başqa, "Azərbaycan Hava Yolları" QSC-nin təyyarə parkı yenilənib", - deyə A.Şərifov qeyd edib. 

Baş nazirin müavini qeyd edib ki, bu sahənin inkişafı, habelə Azərbaycan ərazisindən yükdaşıma prosesinin sadələşdirilməsi üçün bir sıra xarici dövlətlərlə mütəmadi olaraq danışıqlar aparılır.

Son xəbərlər

Orphus sistemi