Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək

Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir
İnfrastruktur
516
24 Avqust , 2020 14:18
Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu avqustun 26-da Bakı şəhəri, Yasamal rayonu, Şixəli Qurbanov küçəsi, 23A ünvanında, avqustun 28-də isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi , 2595 məhəllə ünvanında keçiriləcək.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 10 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Son xəbərlər

Orphus sistemi