Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır Buna səbəb aparılan təmir işləridir
İnfrastruktur
4 Aprel , 2017 10:19
Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gündən etibarən Bakının Binəqədi rayonunda, İbrahimpaşa Dadaşov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda bildirilir. 

Məlumata görə, həmin ərazidə təmir işləri aparılacaq. 

"Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur",- deyə məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi