Bakıda daha bir yol bağlanır

Bakıda daha bir yol bağlanır Alternativ olaraq Moskva prospekti və Cavadxan küçəsi ilə hərəkət etmək tövsiyə olunur
İnfrastruktur
30 İyul , 2015 17:30
Bakıda daha bir yol bağlanır

Bakı. 30 iyul. REPORT.AZ/ Arif Məhərrəmov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti 3-cü mikrorayon dairəsindən 20 Yanvar küçəsinə ("Şamaxinka") istiqamətində məhdudlaşdırılacaq.

"Report" xəbər verir ki, bu məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb.

Sürücülərə alternativ olaraq Moskva prospekti və Cavadxan küçəsi ilə hərəkət etmək tövsiyə olunur. 

Son xəbərlər

Orphus sistemi