Bakıda daha bir yerüstü piyada keçidi inşa edilib

Bakıda daha bir yerüstü piyada keçidi inşa edilib Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində yerüstü piyada keçidi inşa edib.
İnfrastruktur
15 Fevral , 2023 16:54
Bakıda daha bir yerüstü piyada keçidi inşa edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində yerüstü piyada keçidi inşa edib.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4,5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir. Keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi