Bakıda daha bir marşrut xəttinin fəaliyyəti dayandırılacaq

Bakıda daha bir marşrut xəttinin fəaliyyəti dayandırılacaq Bu marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı xeyli sayda qayda pozuntuları aşkarlanıb
İnfrastruktur
31 Mart , 2016 14:36
Bakıda daha bir marşrut xəttinin fəaliyyəti dayandırılacaq

Bakı. 31 mart. REPORT.AZ/ 63 saylı marşrutda fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün Bakı Nəqliyyat Agentliyi bu marşrut xəttinin fəaliyyətini aprelin 1-dən etibarən dayandıracaq. 

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a daxil olan məlumatda bildirilib. 

Qeyd edilib ki, marşrut xətlərində sürücülər tərəfindən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın ciddi şəkildə pozulması hallarına son qoyulması ilə əlaqədar mütəmadi olaraq marşrut xətlərinin müvəqqəti istifadəçilərinə xəbərdarlıqlar edilməsinə baxmayaraq, qayda pozuntuları hələ də təkrarlanır.

"Son zamanlar 63 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı xeyli sayda qayda pozuntuları aşkarlanıb. Belə ki, bu ilin fevral ayının 28-də 63 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu 2 piyadanı vurub və nəticədə 1 piyada vəfat edib", - deyə məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi