Bakıda Çobanzadə küçəsinin bir hissəsi təmir edilib - FOTO

Bakıda Çobanzadə küçəsinin bir hissəsi təmir edilib - FOTO Ümumilikdə 11 min kvad. m sahə asfaltlanıb
İnfrastruktur
9 Aprel , 2016 10:56
Bakıda Çobanzadə küçəsinin bir hissəsi təmir edilib - FOTO

Bakı. 9 aprel. REPORT.AZ/ Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsinin təmiri işləri aparılıb. Həmin hissənin uzunluğu 780 metr, eni isə 14 metrdir. Təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılıb, köhnə səki daşları sökülüb, köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçirilib. Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 

Məlumata görə, ümumilikdə 2 qat olmaqla 11 min kvad. m sahə asfaltlanıb. Küçə boyu 1600 p/m yeni səki daşı düzülüb, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənib. İşlər çərçivəsində mövcud olan piyada səkiləri də bərpa olunaraq, asfaltlanıb.

Avtonəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə sözügedən hissədə 3 xüsusi cibli dayanacaq tikilib. Ciblərin uzunluğu 15 metr, eni isə 3,5 metrdir.

Tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Qeyd edək ki, növbəti mərhələdə küçənin Babək prospektinə qədər olan hissəsinin də təmir edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi