Bakıda "Cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb

Bakıda "Cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakı şəhərində sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir. 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb.
İnfrastruktur
7 sentyabr 2018 12:07
Bakıda Cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakı şəhərində sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir. 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib. 

Qeyd edək ki, işlərə ilk olaraq Yeni Salyan yolu, 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.

Son xəbərlər

Orphus sistemi