Bakıda bir neçə avtobus marşrutunun istiqaməti dəyişdirilir

Bakıda bir neçə avtobus marşrutunun istiqaməti dəyişdirilir Dəyişiklik müvəqqəti olacaq
İnfrastruktur
3 Aprel , 2017 18:12
Bakıda bir neçə avtobus marşrutunun istiqaməti dəyişdirilir
BNA

Bakı. 3 aprel. REPORT.AZ/ Bakıda Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhərin mərkəzi istiqamətinə olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, həmin yoldan keçən marşrut xətlərinə də müvəqqəti dəyişiklik edilib. 

Bu, Bakı Nəqliyyat Agentliyindən "Report"a daxil olan məlumatda bildirilib. 

"Dəyişikliyə əsasən, H1 (Exspress xətt) 1, 2, 4, 21, 32 və 46 nömrəli marşrut xətləri üzrə avtobuslar təmir işləri bitənə qədər alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucov küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər. Təmir işlərinə axşam saatlarından etibarən başlanılacaq", - deyə məlumatda bildirilib. 

Son xəbərlər

Orphus sistemi