Bakıda beynəlxalq İKT sərgi-konfransı keçiriləcək

Bakıda beynəlxalq İKT sərgi-konfransı keçiriləcək Bu il "Bakutel-2017" sərgisində 20 ölkəni təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir
İnfrastruktur
19 Sentyabr , 2017 10:08
Bakıda beynəlxalq İKT sərgi-konfransı keçiriləcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ Dekabrın 5-8-də Bakıda XXIII Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları (Bakutel-2017) sərgi-konfransı keçiriləcək. Bununla da Yüksək Texnologiyalar Həftəsinə start veriləcək. 

"Report" xəbər verir ki, “Bakutel-2017” sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (“CEO”) və "Iteca Caspian" şrkətləri çıxış edir.

Bu il “Bakutel” sərgisində 20 ölkəni təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribyutorları, eləcə də teleradio yayım şirkətləri yer alır. Sərginin ekspozisiyası çərçivəsində yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı internet, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və bulud texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Tədbir iştirakçılarının 40%-ni “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edir. Yeni şirkətlər arasında isə “Hikvision”, “NokiaNetworks” və s. yer alır.

“Bakutel-2017” sərgisində bir sıra ölkələrin milli stendləri də təqdim olunacaq.

Tədbirdə müxtəlif konfrans və görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin, “Bakutel-2017” sərgisi çərçivəsində “B2B” formatlı görüşlər də təşkil olunacaq. Bu tədbirlər çərçivəsində sərgi iştirakçıları və peşəkar ziyarətçilər ikitərəfli görüşlər keçirmək imkanı əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi