Bakının Nəsimi rayonu, Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsindəki yolda məhdudiyyət tətbiq edilib.
Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Buna səbəb qeyd olunan prospekt ilə kəsişmədən Puşkin küçəsi ilə kəsişməyə qədər yolda təmir işlərinin aparılmasıdır.
"Sürücülərdən nəzərə almaları xahiş edilir", - Mərkəzdən bildirilib.

