Bakıda avtobuslar üçün ayrıca hərəkət zolağı salınacaq

Bakıda avtobuslar üçün ayrıca hərəkət zolağı salınacaq Mais Ağayev: “Artıq müəyyən küçələrlə bağlı razılıq var”.
İnfrastruktur
5 Noyabr , 2020 13:23
Bakıda avtobuslar üçün ayrıca hərəkət zolağı salınacaq
0 : 00
0 : 00

"Bakıda avtobusların maneəsiz hərəkəti üçün ayrıca hərəkət zolağının salınması istiqamətində artıq işlər real müstəviyə keçir".

“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, paytaxtda müxtəlif beynəlxalq tədbirlər, oyunlar keçirilən zaman avtobuslar üçün ayrılmış ayrıca hərəkət zolağının faydasını gördük: “Müvafiq qurumlarla bir neçə müddət idi ki, məsləhətləşmələr aparılırdı. Məsləhətləşmələr avtobuslar üçün ayrıca hərəkət zolaqlarının hansı küçələrdə, hansı yollarda olması ilə bağlı idi. Bütün bunların hamısı kompleks şəkildə təhlil edilirdi. Yolun infrastrukturu da bunun üçün uyğun olmalıdır. Artıq müəyyən küçələrlə bağlı razılıq var”.

Son xəbərlər

Orphus sistemi