Bakıda avtobusa minənlərin 38 %-i ayda 500 manatdan çox qazanmır

Bakıda avtobusa minənlərin 38 %-i ayda 500 manatdan çox qazanmır Sosial Tədqiqatlar Mərkəzi (STM) Bakıda nəqliyyatdan istifadə ilə bağlı vətəndaş rəyini öyrənib.
İnfrastruktur
30 Noyabr , 2021 14:07
Bakıda avtobusa minənlərin 38 %-i ayda 500 manatdan çox qazanmır

Sosial Tədqiqatlar Mərkəzi (STM) Bakıda nəqliyyatdan istifadə ilə bağlı vətəndaş rəyini öyrənib.

“Report” quruma istinadən xəbər verir ki, bu məqsədlə əhali arasında telefon sorğusu keçirib.

Sorğuda 1 254 respondent iştirak edib. Əminlik intervalı 95%, statistik xəta əmsalı isə 2,8% təşkil edib.

Sorğuda iştirak edənlərin 793 nəfəri avtobusdan, 461-i nəfəri isə müntəzəm olaraq şəxsi minik avtomobilindən istifadə edir.

Avtobus istifadəçilərinin 26,7%-i Bakı Nəqliyyat Agentliyinə məxsus "BakuBus" MMC, 73,3%-i isə digər şirkətlərin idarə etdiyi avtobuslardan istifadə edir. Avtobus istifadəçilərinin mütləq əksəriyyəti (97%-i) getdikləri ünvana çatmaq üçün 1 və yaxud 2 avtobusa minir.

Avtobusdan intensiv qaydada istifadə edən 793 respondentin 50,6%-i avtobusdan hər gün, 49,4% isə həftədə bir neçə dəfə istifadə edir. Onların arasında müxtəlif tezliklərlə sifarişlə taksidən istifadə edənlərin çəkisi 73,2% təşkil edib. Müntəzəm olaraq şəxsi avtomobil sürən 461 respondentin təxminən 5,2%-i və 7,4%-i müvafiq olaraq həftədə bir neçə gün avtobusdan və sifarişlə taksidən istifadə edir.

Avtobus istifadəçilərinin əsas hissəsi aylıq gəlir səviyyəsi 251-500 manat aralığında olanlardır (37,5%). Əsasən bu nəqliyyat vasitəsindən istifadə edənlərin 48,2%-i işləyir, 27,7%-i iş axtarmır, 6,8%-i isə tələbədir. Avtobusdan istifadə edənlərin 70,9%-i isə qadınlardır.

18-25 yaş aralığında olanların 39,7%-i, aylıq gəlir səviyyəsi 251-500 manat aralığında olanların isə 44,2%-i avtobusdan hər gün istifadə edir. Aylıq gəlir səviyyəsi 1 000 manatdan yuxarı olanların isə hər on nəfərindən biri (9,7%) bu tezlikdə avtobusu seçir. Heç bir halda avtobusdan istifadə etmədiyini deyən 375 respondentin üçdə bir hissəsi (31,5%) aylıq gəlir səviyyəsi 1 000 manatdan yuxarı olanlardır.

Son xəbərlər

Orphus sistemi