Bakıda avtobus marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib

Bakıda avtobus marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib Dəyişiklik müvəqqəti xarakter daşıyır
İnfrastruktur
13 Yanvar , 2017 14:32
Bakıda avtobus marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan 92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib. 

Bakı Nəqliyyat Agentliyindən "Report"a daxil olan xəbərə görə, Xocəsən-Binəqədi-Biləcəri yolunun bir hissəsinin asfalt örtüyünün yenidən salınması ilə əlaqədar 92 nömrəli marşrut xətti son dayanacaq kimi "Dördyol" adlandırılan ərazidən dönərək əks istiqamətdə hərəkətini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi